Coko Haciyevski: “Zaur Ramazanovu komandamda görmək istəyirəm”

Coko Haciyevski: “Zaur Ramazanovu komandamda görmək istəyirəm”
XƏBƏR 10 Avqust 2009 / 13:52 2118
-  A +

“Zaur Ramazanov çox güclü futbolçudur. Böyük təcrübəsi var və Avropa Liqası matçlarında “Bakı”ya kömək edə bilər. Onun oyununu bəyənirəm və komandamda görmək istəyirəm”. Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın makedoniyalı baş məşqçisi Coko Haciyevski “Qarabağ”dan ayrılan Zaur Ramazanovun paytaxt klubuna keçəcəyinə dair xəbərə münasibət bildirərkən deyib. Haciyevski hər şeyin danışıqlardan asılı olacağını bildirdi: “Bütün bunlara baxmayaraq, hələ Zaurun “Bakı”ya keçidi haqqında konkret nə isə deməkdə çətinlik çəkirəm. Rəhbərlik komandaya təcili bir hücumçu alınması üzərinə iş aparır. Ramazanovu komandamda görmək istəsəm də, gərək tərəflərin şərtləri də üst-üstə düşsün. Özünüz də bilirsiniz ki, hər futbolçunun öz şərtləri olur. İlk növbədə bu məsələlərdə razılıq əldə olunmalıdır”.
Qeyd edək ki, Ramazanov 2007-ci ildə məhz Haciyevski tərəfindən milli komandaya dəvət olunmuş, səfərdə Finlandiya və evdə Belçikaya qarşı keçirilən AÇ-2008-in seçmə qrup oyunlarında iştirak edib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı