Yaşar Seyidov: “Hakan Şükürün “Bakı”ya keçməsini ilk dəfədir eşidirəm”

Yaşar Seyidov: “Hakan Şükürün “Bakı”ya keçməsini ilk dəfədir eşidirəm”
XƏBƏR 10 Avqust 2009 / 12:45 2137
-  A +

“Hakan Şükürün “Bakı”ya keçməsi barədə ilk dəfədir ki, eşidirəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Bolqarıstan mətbuatında Hakaş Şükürün “Bakı”ya transfer olunmasıyla bağlı yayılan xəbərə münasibət bildirərkən paytaxt klubunun icraçı direktoru Yaşar Seyidov deyib. Klub rəsmisi bildirib ki, Hakanın keçidi gündəmdə deyil: “Hakaş Şükür əfsanəvi futbolçu olub. Lakin o artıq bir ildir ki, karyerasını başa vurub. Bir daha deyirəm ki, bu haqda ilk dəfədir ki, eşidirəm. Düzdür, hücumçu axtarışlarımız davam edir. Lakin maraqlandığımız forvardlar arasında Hakan Şükürün adı yoxdur”. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi