“Bazel”də erməniəsilli futbolçu çıxış edir

XƏBƏR 10 Avqust 2009 / 11:13 2235
-  A +

Avroliqanın play-off mərhələsində “Bakı”yla qarşılaşacaq İsveçrənin “Bazel” klubunun heyətində erməniəsilli futbolçu çıxış edir. Qol.Az-ın məlumatına görə, bu haqda İsveçrə klubunun bir başqa üzvü, Türkiyə milli komandasının və “Beşiktaş”ın sabiq futbolçusu Çağdaş Atan Azərbaycan mətbuatına verdiyi müsahibədə deyib. Atan bildirib ki, “Bazel”də çıxış edən Daniel Ünal İsveçrə pasportu daşısa da, erməniəsillidir.
1990-cı ildə anadan olan Daniel yarımmüdafiəçidir. “Bazel”ə qədər İsveçrənin “Luqano”, “Bellinzona” və İtaliyanın məşhur “Roma” klubunda çıxış edib .


Son xəbərlər