Türkiyə superliqasında birinci tura yekun vuruldu (nəticələr, qollar)

Türkiyə superliqasında birinci tura yekun vuruldu (nəticələr, qollar)
DÜNYA FUTBOLU 10 Avqust 2009 / 02:24 2779
-  A +

Bu dəqiqələrdə başa çatan “Dənizlispor” - “Fənərbaxça” oyunuyla 2009/10 mövsümündə Türkiyə Superliqasında birinci tura yekun vuruldu. Qol.Az-ın məlumatına görə, ilk turda baş tutan 9 oyundan yalnız birincidə meydan sahibləri qalib gəldiyi halda, 3 görüşdə qonaqlar 3 xala seviniblər. Daha 5 oyunda isə qalib aşkarlanmayıb. Vurulan 21 qoldan 9-u meydan sahiblərinin, 12-i isə qonaqların payına düşüb.
Son çempion “Beşiktaş” mövsümə xal itkisiylə başlayıb. Əvəzində “Qalatasaray” və “Fənərbaxça” çətin səfər oyunlarından 3 xalla dönüblər. “Trabzonspor” isə səfərdə “Sivasspor”dan güclü olub. 

“İstanbul BLD” - “Beşiktaş” - 1:1
Akın 31 - Fink 29
“Antalyaspor” - “Ankaraspor” - 1:1
Tosun 89
“Diyərbakırspor” - “Ankaragücü” - 2:2
Güngör 22, Mendoza 70 - Eris 8;44
“Sivasspor” - “Trabzonspor” - 1:2
Kamanan 48 - İnan 10, Gülselam 78
“Qaziantepspor” - “Qalatasaray” - 2:3
Sezar 37, Tabata 90(p) - Arda 8, Sarp 21, Nonda 85
“Bursaspor” - “Kasımpaşa” - 2:1
Zapatoçnı 55, Yıldırım 61 - Küçük 50
“Gənclərbirliyi” - “Kayserispor” - 0:0
“Manisaspor” - “Əskişəhirspor” - 0:0
“Dənizlispor” - “Fənərbaxça” - 0:2

Quiza 2;87

 


Son xəbərlər