Həmyerlimizin klubu Rusiya çempionatında növbəti qələbəsini qazandı

Həmyerlimizin klubu Rusiya çempionatında növbəti qələbəsini qazandı
XƏBƏR 9 Avqust 2009 / 23:59 1854
-  A +

Milli komandamızın keçmiş üzvü Emin Ağayevin çıxış etdiyi Tverin “Volqa” klubu Rusiya çempionatının ikinci divizionunda növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Volqa” öz meydanında “Zelenoqrad” klubunu qəbul edib. Emin Ağayevin start heyətində meydana çıxdığı və 90 dəqiqə forma geydiyi görüş “Volqa”nın 2:0 hesablı qələbəsiylə tamamlanıb. Tver təmsilçisinin heyətində Tumanski və Belov fərqləniblər. Emin Ağayev isə 62-ci dəqiqədə sarı vərəqəylə cəzalanıb. Bu qələbədən sonra xallarının sayını 26-a çatdıran “Volqa” turnir cədvəlində onuncu pilləyə yüksəlib. Lakin Emin Ağayevin komandası rəqiblərinə nisbətən bir oyun az keçirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın