Gennadi Solonitsin və Teymuraz Qonqadze “Simurq”dan ayrı düşdü

XƏBƏR 9 Avqust 2009 / 23:21 1663
-  A +

"Simurq"un futbolçuları - Gennadi Solonitsin və Teymuraz Qonqadze bu gün vətənlərinə yollanıblar. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, müvafiq olaraq, Latviya və Gürcüstan millisinə dəvət alan oyunçular Zaqatalaya avqustun 13 və ya 14-də qayıdacaqlar. Qeyd edək ki, avqustun 12-də Latviya millisi Bolqarıstan, Gürcüstan millisi isə Malta ilə yoldaşlıq görüşü keçirəcək.


Son xəbərlər