“Bakı”nın rəqibi məğlubiyyətdən son anda qurtuldu

“Bakı”nın rəqibi məğlubiyyətdən son anda qurtuldu
XƏBƏR 9 Avqust 2009 / 23:08 1794
-  A +

Avroliqanın play-off mərhələsində “Bakı”nın rəqibi olan İsveçrənin “Bazel” klubu bu gün ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Bazel” beşinci turun oyunları çərçivəsində “Sürix”i qəbul edib. Matçda hesabı 87-ci dəqiqədə qonaqlar açıblar. Özü də “Bazel” demək olar ki, ikinci hissəni çoxluqda keçirib. 53-cü dəqiqədə “Sürix”dən Rochat qırmızı vərəqə alıb. Sona yaxın qol buraxmasına baxmayaraq, “Bazel” məğlubiyyətdən yaxa qurtara bilib. 90-cı dəqiqədə Huggel komandasına 1 xal qazandıran qola imza atıb. Bu heç-heçədən sonra xallarının sayını 7-ə yüksəldən “Bazel” 5 turdan sonra turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı