“Bakı”nın hücumçusu Ukrayna çempionatında dubl etdi

XƏBƏR 9 Avqust 2009 / 19:45 1983
-  A +

“Bakı”nın artıq sabiq hesab olunan hücumçusu Vilyam Roşa Batista yenidən Ukrayna çempionatında forma geyinib. Batista köhnə-yeni klubu “Karpatı”nın heyətində “Zarya”ya qarşı keçirilən matçda meydana çıxıb və iki qol vurub. Batistaya dubl etmək üçün 12 dəqiqə kifayət edib. Braziliyalı ilk qolunu 78-ci dəqiqədə, ikinci isə 90-cı dəqiqədə penaltidən vurub. Ümumilikdə 4:0 hesabıyla qələbə qazanan “Karpatı”nın heyətində digər qollara Hudobyak və Kuznetsov imza atıblar. Bu qələbədən sonra xallarının sayını 7-ə çatdıran “Karpatı” turnir cədvəlində altıncı pilləyə yüksəlib. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın