“Qarabağ”ın rəqibi “PSV”ylə heç-heçə oynadı

“Qarabağ”ın rəqibi “PSV”ylə heç-heçə oynadı
XƏBƏR 9 Avqust 2009 / 19:19 1936
-  A +

Avroliqanın play-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Hollandiyanın “Tvente” klubu bu gün ölkə çempionatında ikinci turun oyunları çərçivəsində öz meydanında “PSV”ylə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, bu dəqiqələrdə başa çatan görüşdə qalib aşkarlanmayıb - 1:1. Matçda hesabı “Tvente” açıb. 19-cu dəqiqədə Duqlas komandasının hesabda önə keçirib. Lakin “Tvente”nin sevinci cəmi 6 dəqiqə çəkib. 25-ci dəqiqədə “PSV”dən Dzsudzsak matçda son qolu vurub. İki turdan sonra aktivində 4 xal olan “Tvente” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ”ın rəqibi ölkə çempionatının ilk turunda səfərdə “Sparta”nı 2:0 hesabıyla məğlub etmişdi.    


Son xəbərlər