Almaniya millimizlə oyunöncəsi ciddi itkiylə üzləşdi

Almaniya millimizlə oyunöncəsi ciddi itkiylə üzləşdi
ÖLKƏ FUTBOLU 9 Avqust 2009 / 18:41 2606
-  A +

Avqustun 12-də dünya çempionatının seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya millisi oyunöncəsi ciddi itkiylə üzləşib. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Bundetim” Bakıya aparıcı hücumçu Lukas Podolskisiz gələcək. “Köln”də çıxış edən təcrübəli forvard zədəli olduğuna görə dünən Bundesliqanın ilk turu çərçivəsində səfərdə Dortmund “Borusiya”sına qarşı keçirilən matçda da forma geyməyib.
Xatırladaq ki, Podolskidən başqa Almaniya milli komandasının baş məşqçisi Yoahim Lövün ixtiyarında daha 3 forvard var. Lakin Klozenin də zədəsi var. Onun da meydana çıxış-çıxmayacağı hələ bilinmir. 

Daha çox


Son xəbərlər