“Qəbələ” məşqləri bərpa etdi

XƏBƏR 9 Avqust 2009 / 14:04 1893
-  A +

Türkiyə toplanışından qayıtdıqdan sonra istirahətə çıxan "Qəbələ" dünəndən etibarən məşqlərini bərpa edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Ramiz Məmmədov futbolçuları doğma şəhərdə bir araya gətirib.
Qeyd edək ki, bunadək "Qəbələ"nin 15 futbolçusu var idi. Onlardan Kənan Kərimov, Mikayıl Namazov, Yaşar Abuzərov, Vurğun Hüseynov, Elnar Kərimov, Azər Həşimov, Pərvin Paşayev, Pavel Doroşev, Anatoli Ostap, Tomaş Stolpa və Qoqa Beraya ötən mövsümdən komandanın şərəfini qoruyurlar. Arif Daşdəmirov, Revaz Getsadze, İqor Melnik və Kristian Torreslə isə Türkiyə toplanışından öncə müqavilə imzalanmışdı. Daha 6 futbolçuyla isə bu günlərdə müqavilə imzalandı. Qarşıdakı günlərdə "Qəbələ"nin daha bir neçə transfer edəcəyi gözlənilir.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın