“Turan”da yeni legioner

XƏBƏR 9 Avqust 2009 / 13:55 1854
-  A +

Premyer-liqanın hazırlıq prosesi çərçivəsində Bakıda təlim-məşq toplanışında olan “Turan” artıq doğma rayona geri qayıdıb. Məşqçilər korpusu yol yorğunluğunu nəzərə alaraq, dünən futbolçulara istirahət verib. Qol.Az-ın məlumatına görə, Tovuz klubu bu gündən etibarən məşqləri bərpa edəcək. Dünən “Turan”ın düşərgəsinə daha bir əcnəbi qoşulub. Adı açıqlanmayan əcnəbi, eləcə də baxışda olan digər legionerlər haqda qərar qarşıdakı həftədə qəbul olunacaq.
Əlavə edək ki, Qazaxda “Göyəzən”lə qarşılaşan “Turan”ın əvəzedici heyəti rəqibini 3:1 hesabıyla məğlub edib.


Son xəbərlər