«Gəncə»nin prezidenti narazı azarkeşlərlə görüşdü

XƏBƏR 6 Avqust 2009 / 00:35 1866
-  A +

Dünən Gəncənin mərkəzi stadionuna komandanın məşqini izləmək istəyən, lakin klub rəsmilərinin qadağasıyla qarşılaşan azarkeşlər bu gün bazaya dəvət olunublar. Qol.Az-ın məlumatına görə, fanatlarla şəxsən klub prezidenti Elmir Əliyev görüşüb. Təxminən 1 saat sürən görüşün nəticəsi olaraq barışıq əldə olunub. Azarkeşlərin məşqə təşrif buyurmasını yasaq edən daxili nizamnamənin müvəqqəti olduğunu futbol həvəskarlarının nəzərinə çatdıran Əliyev tezliklə bu maneənin aradan qaldırılacağını bildirib. Dolayısı ilə bir həftədən sonra azarkeşlər sərbəst olaraq məşqlərə buraxılacaqlar. Barışığa imza ataraq yaranan qarşıdurmanı unudan tərəflər görüşün sonunda klubun gələcək taleyini müzakirə ediblər.   


Son xəbərlər