Qurban Qurbanov: «Hələ arxayınlaşmağa bir səbəb yoxdur»

Qurban Qurbanov: «Hələ arxayınlaşmağa bir səbəb yoxdur»
ÖLKƏ FUTBOLU 5 Avqust 2009 / 19:33 2235
-  A +

«Qarabağ»ın bugünkü məşqindən sonra komandanın baş məşqçisi Qurban Qurbanov sabah «Honka»ya qarşı keçiriləcək Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab görüşüylə bağlı mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Qurban Qurbanov Azərbaycanın qələbələrə çox ehtiyacı olduğunu bildirib. O deyib ki, «Qarabağ» ilk oyunda 1:0 hesabıyla qələbə qazansa da, indidən özünü növbəti mərhələdə hiss etməməlidir: «Azarkeşlər arxayınlaşa bilər, biz isə yox. Hələ arxayınlaşmağa bir səbəb yoxdur». Qurban Qurbanov «Honka» ilə oyunun çox çətin keçəcəyini düşünür: «Amma çalışacağıq ki, bu oyunda qələbə qazanaraq azarkeşlərimizi sevindirək».
Zədəli Emin İmaməliyevin yerində kimi oynadacaqsınız» sualına cavabda Qurban Qurbanov bu oyunçuya alternativ tapacağını deyib. «Honka»dan sürpriz gözləməyə dəyərmi» - jurnalistlərin bu sualına «Qarabağ»ın baş məşqçisinin cavabı belə olub: «Əlbəttə, ilk oyundan fərqli olaraq, rəqib başqa futbol sərgiləməyə çalışacaq. Buna görə də oyuna tam hazır olmalıyıq».

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord