«Qarabağ» Respublika stadionunda məşq edir

XƏBƏR 5 Avqust 2009 / 18:33 1796
-  A +

Bu gün saat 18.00-da Ağdamın «Qarabağ» klubu Finlandiya «Honka»sı ilə sabah Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab qarşılamasına hazırlıq məqsədilə Tofiq Bəhramov adına Respublika stadionunda son məşqə çıxıb. «Qarabağ»ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, hal-hazırda davam edən məşq prosesində zədəli Emin İmaməliyevdən başqa klubun bütün futbolçuları iştirak edir. Eminin sabahkı oyun da daxil olmaqla, üç həftə yaşıl meydana çıxmayacağı dəqiqləşib.
Komandada ümumi əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu deyən N.İbrahimov «Qarabağ»ın məşqini çoxsaylı azarkeş və jurnalistin izlədiyini deyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi