“Neftçi”nin futbolçusu Braziliya millisinə qarşı

XƏBƏR 5 Avqust 2009 / 14:15 1976
-  A +

Estoniya millisinin avqustun 12-də Braziliya milli komandası ilə keçirəcəyi yoldaşlıq görüşünə “Neftçi”nin daha bir futbolçusu dəvət olunub. Qol.Az-ın klubun mətbuat xidmətindən aldığı məlumata görə, bu yaxınlarda “Neftçi”nin heyətinə cəlb edilən müdafiəçi Taavi Rahn da beşqat dünya çempionlarına qarşı oynaya bilər. Xatırladaq ki, Tallin şəhərində baş tutacaq oyuna yarımmüdafiəçimiz Dmitri Kruqlov da çağırılmışdı. Hər iki futbolçu avqustun 10-da Estoniyaya yollanacaq.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın