Gəncə stadionunda qalmaqal

XƏBƏR 4 Avqust 2009 / 23:21 1910
-  A +

Bu gün Gəncənin mərkəzi şəhər stadionunda qalamaqal yaşanıb. Olay «Gəncə» futbol klubunun məşqlərini izləmək üçün arenaya gələn bir qrup azarkeşlə komanda rəsmiləri arasında baş verib. Qol.Az-ın məlumatına görə, saat 18:30 radələrində komandanın məşqini izləmək üçün stadiona təşrif buyuran fanatlar qapıda mühafizə xidmətinin işçiləri tərəfindən saxlanılıb. Stadionun əməkdaşları azarkeşləri içəri buraxmaqdan imtina ediblər. «Gəncə» futbol klubunun rəsmi nümayəndələrinin olaya müdaxiləsi nəticəsində mübahisə yaranıb. Bütün söz-söhbətlərə rəğmən, azarkeşlər arenaya buraxılmayıb. Onlara məşqlərin qapalı keçirilməsi haqda məlumat verilib. Yekunda bununla barışmaq məcburiyyətində qalan çarəsiz azarkeşlər dağılışıblar.
Klub rəhbərliyinin belə sərt addımlara əl atması səbəbsiz deyil. Məsələ ondadır ki, bir müddət öncə Qazaxda «Göyəzən»lə keçirilən yoldaşlıq görüşündə Gəncədən oyunu izləmək üçün bu rayona gedən bir qrup azarkeş gəncəli futbolçuları təhqir ediblər. Gəncəli azarkeşlərin «Gəncə» komandasını təhqir etməsi isə klub rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb. Bu üzdən futbolçularını xoşagəlməz hadisələrdən qorumaq istəyən klub rəhbərliyi bəzi məhdudiyyətlər tədbiq edib. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki