Bolqarıstan polisi azərbaycanlı azarkeşləri narahat olmamağa çağırdı

Bolqarıstan polisi azərbaycanlı azarkeşləri narahat olmamağa çağırdı
ÖLKƏ FUTBOLU 4 Avqust 2009 / 17:07 2163
-  A +

Sofiya polisi sabah keçiriləcək «Levski» - «Bakı» oyununa ciddi hazırlıq görüb. Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, oyun günü stadionda və onun ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Azarkeşlər stadiondakı 16 giriş-çıxışda yoxlanıldıqdan sonra içəri buraxılacaq. «Ölkə polisi Daxili İşlər Nazirliyinin digər xüsusi təyinatlıları ilə birgə Sofiya şəhərində «Levski» - «Bakı» oyununa görə ictimai asayişi pozan bütün ciddi qanun pozuntularına, vandallığa qarşı sərt addımlar həyata keçirəcək».
Daxili İşlər Nazirliyi matçı izləməyə gələn azərbaycanlı qonaları narahat olmamağa çağırıb. Məlumatda bildirilib ki, stadiona sərxoş şəxslər, həmçinin yanında yaxınları və valideynləri olmayan yetkinlik yaşına çatmayan uşaqlar buraxılmayacaq. Həmçinin stadiona soyuq silah, zontik və şüşə qabların keçirilməsi qadağan edilib. Sofiya polisi yerli azarkeşləri təxribata uyğamamağa, onları asayişi qorumağa çağırıb.
Xatırladaq ki, bu günlərdə azərbaycanlı futbol azarkeşlərinin Sofiyada mümkün təxribatlarla üzləşəcəyi barədə ehtimallar irəli sürülür. Bu ehtimallarda bolqarıstanlı azarkeşlər ingilis fanatlarla müqayisə edilir. Ona görə də Sofiyaya gələn azarkeşlərimizin təxribatlarla üzləşəcəyi barədə fikirlər səslənib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord