Xalidu Sissoko: “Ya 1:1, ya da 1:2"

XƏBƏR 4 Avqust 2009 / 14:54 2131
-  A +

“Sabahkı oyun çətin olacaq. Bununla belə, biz gücümüzə arxayınıq”. Qol.Az-ın Sofiyada olan müxbiriylə söhbətində bu sözləri sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada “Levski”ylə qarşılaşacaq “Bakı”nın qapıçısı Xalidu Sissoko deyib. Seneqallı qolkiper bildirib ki, çempionumuz növbəti mərhələyə yüksələcək: “İnanıram ki, hər şey bizim üçün yaxşı nəticələnəcək. Allahın köməkliyiylə burdan başıuca qayıdacağıq. Hesaba gəldikdə isə, ya 1:1 olacaq, ya da 2:1 bizim xeyrimizə”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı