Azərbaycan klubları üçün fantastik mükafat!

Azərbaycan klubları üçün fantastik mükafat!
ÖLKƏ FUTBOLU 4 Avqust 2009 / 12:34 2609
-  A +

Avqustun sonunda UEFA Avrokuboklarda qələbə qazanan komandalar üçün ayıracağı mükafatın məbləğini açıqlayacaq. Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bununla belə, artıq İtaliyanın nüfuzlu «La Gazzetta dello Sport» qəzeti sensasiyalı informasiyalar əldə edə bilib. Bildirilir ki, mükafatın budəfi məbləği heç vaxt indiki qədər yüksək olmayıb.
Beləliklə, Azərbaycan çempionu «Bakı» ÇL-in qrup mərhələsinə düşəcəyi halda UEFA-dan 7.3 milyon avro mükafat alacaq. Bundan başqa, qrupdakı hər bir qələbəyə görə 800 min, heç-heçə üçünsə 400 min avro veriləcək.
Avroliqada mübarizə aparan Ağdamın «Qarabağ» klubu isə yarışların qrup mərhələsinə düşəcəyi təqdirdə bir milyon avro gəlir əldə edəcək. UEFA qrup mərhələsində bir qələbə üçün 140 min, heç-heçəyə görə isə 70 min avro ayrılıb.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı