Mübariz Mənsimov şortikdə (FOTO)

Mübariz Mənsimov şortikdə (FOTO)
ÖLKƏ FUTBOLU 4 Avqust 2009 / 11:35 2618
-  A +

“Palmali” Şirkətlər Qrupunun sahibi və “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində bu ölkənin keçmiş daxili işlər naziri Mehmet Ağar və “Beşiktaş”ın idarə heyətinin sabiq üzvü İhsan Kalkavanla birgə çimərlikdə istirahət etdiyi vaxt görüntülənib. Lent.az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşlığını qəbul edən əslən azərbaycanlı iş adamı dostları ilə birgə şortikdə yaxalanıb.

Mənsimov Ağar və Kalkavanı şəxsi yaxtasında gəzdirib. Onlar gün boyu yaxta ilə üzüb, günəş vannası qəbul ediblər.

Qeyd edək ki, Mehmet Ağarın adı ölkədə bir çox qalmaqallı hadisədə hallanıb. “Susurluq” qəzası, “Ergenekon” davası və digər olaylarda onun adı çəkilib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord