Mübariz Mənsimovla Əziz Yıldırım qonşu oldular

Mübariz Mənsimovla Əziz Yıldırım qonşu oldular
ÖLKƏ FUTBOLU 3 Avqust 2009 / 14:49 2933
-  A +

Azərbaycanlı iş adamı, “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov yenidən Türkiyə mətbuatının gündəminə gəlib. Qol.Az-ın məlumatına görə, bu ölkənin ən məhşur qəzetlərindən olan “Hürriyet” həmyerlimizlə bağlı yeni maraqlı xəbər yayıb. Mənbənin məlumatında Mənsimov dünyaca məhşur “Donald Trump”un Avropada həyata keçirdiyi və Türkiyənin İstanbul şəhərində yerləşən ilk, analoqu olmayan “Trump Tower” yaşayış kompleksindən aldığı 8 otaqlı mənzilini ziyarət etməyə gəlib. Daha doğrusu o, tək olmayıb. Məlumata görə, tədbirdə Türkiyənin bir sıra məhşur iş adamları iştirak ediblər: “Türkiyənin öndə gedən iş adamları məhşur lahiyənin memarı Brigette Veber və nümayəndələri tərəfindən yalnız rezidans sahibləri üçün özəl olaraq nəzərdə tutulmuş “Lounge” ilə bütün dairələri gəziblər. “Trump Towers”dən rezidans blokundan 8 dairə satın alan, dünyanın ən böyük neft tanker filosuna sahib “Palmali”nin sahibi azəri iş adamı Mübariz Mənsimov eyni dairədən mənzili olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırımla birlikdə dairələri gəzib və fikir mübadiləsi aparıblar. Adıçəkilən iş adamları ilə bərabər sözügedən dairədə Zafer Kurşun, Cihan Kamer, “Deutsche Bank”ın başqanı Ersin Akyüz, “Akbank” idarə heyətinin üzvü Bülent Adanır da olublar”.


 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"