“Honka” Bakıya qələbəylə gəlir

XƏBƏR 3 Avqust 2009 / 11:30 1666
-  A +

Avqustun 6-da Avroliqanın üçüncü mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşacaq Finlandiyanın “Honka” klubu dünən ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Espoo təmsilçisi 17-ci turun oyunları çərçivəsində səfərdə “MyPa”nın qonağı olub. Görüş “Honka”nın 3:1 hesablı qələbəsiylə başa çatıb. “Qarabağ”ın rəqibinin heyətində Jussi Vassara, Joel Petroviç və Demba Seveç fərqləniblər. Bu qələbədən sonra xallarının sayının 29 yüksəldən “Honka” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı