Subaşiçin komandasının qələbəsiz oyunlar seriyası davam edir

XƏBƏR 2 Avqust 2009 / 17:24 1621
-  A +

Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Çinin “Çanqçun Yatay” klubu bu gün ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Çanqçun Yatay” öz meydanında “Şenyan Şide” klubunu qəbul edib. Matç heç-heçə nəticələnib - 1:1. Ardıcıl üçüncü oyunu da qələbəsiz başa vuran Subaşiçin komandası hazırda 22 xalla turnir cədvəlində doqquzuncu pilləyə enib. Xatırladaq ki, 3 turdur qələbə qazana bilməyən “Çanqçun Yatay” sonuncu dəfə iyunun 20-də 3 xala sevinib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki