Böyükağa Ağayev: “Əsas məqsədimiz çempionatın ilk turunadək futbolçuları tam hazır vəziyyətə gətirməkdir”

Böyükağa Ağayev: “Əsas məqsədimiz çempionatın ilk turunadək futbolçuları tam hazır vəziyyətə gətirməkdir”
XƏBƏR 31 İyul 2009 / 16:23 1990
-  A +

“Bayrampaşa” ilə oyundan sonra gündə iki dəfə məşqləri davam etdirən “Neftçi” daha çox texniki-taktiki hazırlığa üstünlük verir. Heyətdəki bütün futbolçuların tam güclə çalışması məşqlərin intensivliyini də artırır. Qol.Az-ın məlumatına görə, Baş məşqçi Böyükağa Ağayev klubun rəsmi internet saytına verdiyi açıqlamda hazırlığın gedişindən razı qaldığını bildirib: “Bir neçe oyunçunun milli komandaların düşərgəsinə yollanmasına baxmayaraq, heyətin digər üzvləri onların yoxluğunu hiss etdirməməyə çalışır. Əsas məqsədimiz çempionatın ilk turunadək futbolçuları tam hazır vəziyyətə gətirməkdir”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord