"Levski"nin futbolçusuna 1 milyon dollarlıq təklif

"Levski"nin futbolçusuna 1 milyon dollarlıq təklif
XƏBƏR 31 İyul 2009 / 15:41 2373
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Bolqarıstan çempionu “Levski”nin futbolçusunun ünvanına olduqca cəlbedic təklif gəlib. Qol.Az-ın Bolqarıstanın Gol.bg saytına istinadən yaydığı məlumata görə, Ukraynanın “Metallist” (Xarkov) klubu Sofiya klubunun makedoniyalı futbolçusu Darko Tasevskini transfer etmək istəyir. Ukraynalılar bunun üçün bolqarlara 1 milyon dollar ödəməyə də hazırdırlar. Bu arada, qeyd edək ki, Ukrayna Tasevski üçün heç də yad ölkə deyil. Darko 2 il “Metallurq” (Zaparojest)in şərəfini qoruyub.

Daha çox


Son xəbərlər