İngiltərə Liqa kuboku: "Mançester Yunayted" uduzdu

İngiltərə Liqa kuboku: "Mançester Yunayted" uduzdu
DÜNYA FUTBOLU 8 Yanvar 2014 / 03:11 2909
-  A +

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Mançester Yunayted" klubu səfərdə "Sanderlend"in qonağı olub. Fasiləyə 1:0 üstün yollanan meydan sahibləri ikinci hissədə daha bir dəfə fərqləniblər. Mançester təmsilçisinin isə bir qoldan artığına gücü çatmayıb - 2:1.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu bu axşam "Mançester Siti" və "Vest Hem" komandaları arasında baş tutacaq.

 


 

7 yanvar

İngiltərə Liqa kuboku

"Sanderlend" - "Mançester Yunayted" - 2:1
Qollar:
Qiqqz, 45-avtoqol (1:0), vidiç, 52 (1:1), Borini, 65-pen (2:1)

 

8 yanvar

"Mançester Siti" - "Vest Hem"


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord