“Honka”nın baş məşqçisi: “Qarabağ” səfərdə belə oynadısa, gör, evdə necə oynayacaq”

“Honka”nın baş məşqçisi: “Qarabağ” səfərdə belə oynadısa, gör, evdə necə oynayacaq”
XƏBƏR 31 İyul 2009 / 14:56 2273
-  A +

“Bizim əsas ümidimiz standard vəziyyətlərdən rəqibi cəzalandırmaq idi. Amma “Qarabağ” gözlədiyimizdən qat-qat yaxşı çıxış edərək  müdafiədə heç bir ciddi səhvə yol vermədi. Beləlikə, bütün ümidlərimiz alt-üst oldu”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Honka”-“Qarabağ” qarşılaşmasının səhəri günü “Helsinki Times” nəşrinə verdiyi açıqlamasında “Honka”nın baş məşqçisi  Mika Lekosuo deyib. O, komandasının Avropa Liqasının 3-cü təsnifat mərhələsindən qalib ayrıacağına o qədər də inanmadığını dediyi sözlərlə ortaya qoyub: “Təkrar oyunda ən azı 2 qol vurmalıyıq ki, növbəti mərhələyə çıxa bilək. Amma bu elə də asan məsələ deyil. “Qarabağ” səfərdə belə oynadısa, gör, evdə necə oynayacaq. Üstəlik, onları xeyli sayda fanat dəstəkləyəcək. Məndə olan məlumata görə, “Rusenborq”la qarşılaşmada Bakıdakı stadionda 30 000-dən artıq azarkeş olub. Yəqin ki, bizimlə qarşılaşmada da belə olacaq. Bir sözlə, işimiz həqiqətən də qəlizdir

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı