Hüseyn Məhəmmədov karyerasını bitirmək fikrində deyil

Hüseyn Məhəmmədov karyerasını bitirmək fikrində deyil
XƏBƏR 31 İyul 2009 / 14:10 2421
-  A +

Son mövsümü “Standard”da keçirən təcrübəli qapıçı Hüseyn Məhəmmədov hazırda klubsuzdur. Belə ki, Sumqayıta köçən “bank təmsilçisi” qarşıdakı mövsümdən etibarən Məhəmmədovun xidmətində maraqlı olmadığını açıqladı. Bundan sonra Hüseynin karyerasını başa vuracağı gözlənilsə də bu baş verməyəcək. Qol.Az-a açıqlamasında veteran qapıçı dana 1 il oynamaq istədiyini dilə gətirib: “Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, uzun müddət iddialı klubların və Azərbaycan yığma komandasının şərəfini qorumuşam. “Birlik Kuboku”nda erməniləri diz çökdürən kollektivin tərkibində yer almışam. Mahmuddan sonra ən çox Azərbaycan çempionu olan mənəm. Belə bir vəziyyətdə, yəni heç bir klubun heyətində olmadan karyeramı bitirmək yaxşı deyil. çempionat qurtarandan sonra gedə bilərdim. Amma indi bu, mümkün deyil. Bu il oynamasam belə, futbolçu karyeramı sona çatdırmayacağam”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"