Finlandiya mətbuatı: “Qarabağ”, get, növbəti mərhələ haqqında fikirləş!”

Finlandiya mətbuatı: “Qarabağ”, get, növbəti mərhələ haqqında fikirləş!”
XƏBƏR 31 İyul 2009 / 13:40 2601
-  A +

Dünən Avropa Liqasının 3-cü təsnifat mərhələsinin  Helsinkidə keçirilən ilk “Honka”-“Qarabağ” matçına yerli publika demək olar ki, maraq göstərməyib. Hər halda, 8 000 yerlik stadiona cəmi 2300 azarkeşin gəlməsi də bunu göstərir. Matçın heç bir yerli telekanal tərəfindən canlı yayınlanmaması da onu sübut edir ki, Finlandiyada futbol bir nömrəli idman növü deyil. Elə bu gün çıxan Finlandiya qəzetləri də dünənki oyuna demək olar yer ayırmayıblar. Qol.Az-ın məlumatına görə, çox az sayda mətbu orqan dünənki matçla bağlı qısa xəbərlər yerləşdirib ki, bunlardan biri də “Helsinki Times” nəşridir. Mənbə oyunu şərh etməklə bərabər “Qarabağ”ı növbəti mərhələyə çıxması münasibəti ilə təbrik də edib: “Honka” Avropa Liqasının 3-cü mərhələsində üz-üzə gəldiyi rəqibi ilə bacarmadı. Qələbə üçün qol lazımdır. Həmin qolu isə vura bilmədik. Əvəzində bunu, Azərbaycan klubu bacardı. Onlar yaxşı təşkil olunmuş hücumu qolla tamamladılar. Qolun müəllifi olan 9 nömrəli futbolçuları onsuz oyun boyu öz fəallığı ilə diqqət çəkmişdi. “Qarabağ”ı artıq qələbə münasibəti ilə təbrik etmək olar. Onlara tövsiyyə etmək olar ki, gedib indidən növbəti mərhələ haqqında fikirləşsinlər. Azərbaycanlıların yaxşı təşkil olunmuş heyətləri var. Onsuz, “Rusenborq”u məğlub etdikdən sonra məlum olmuşdu ki, “Honka”nın bu komanda önündə şansı çox aşağıdır”. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı