Azərbaycan futboluna böyük itki üz verib. SSRİ dövründə “Neftçi”nin heyətində çıxış etmiş futbol veteranı Bəxtiyar Qulamov 64 yaşında dünyasını dəyişib. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
1949-cu ildə anadan olmuş Bəxtiyar Qulamov 1972-1978-ci illər ərzində “Neftçi”nin formasını geyinib. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan Bəxtiyar Qulamov “ağ-qaralar”ın heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib. SSRİ idman ustası adına layiq görülmüş futbolçu, karyerasını başa vurandan sonra da sevimli peşəsindən ayrılmayıb. Daim öz fəaliyyəti ilə Azərbaycan futboluna xidmət etmiş mütəxəssis eyni zamanda məşqçi kimi də çalışıb.
“Neftçi” PFK Bəxtiyar Qulamovun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video