Azərbaycan telekanalları «Qarabağ»ın oyununu niyə yayımlamadı? (EKSKLÜZİV)

Azərbaycan telekanalları «Qarabağ»ın oyununu niyə yayımlamadı? (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 31 İyul 2009 / 13:32 2940
-  A +

Futbol azarkeşlərinin gözlədiyininin əksinə olaraq, Azərbaycan telekanallarından heç biri Norveç «Rusenborq»u üzərində möhtəşəm zəfərə imza atan Ağdamın «Qarabağ» klubunun Finlandiyada «Honka»ya qarşı keçirdiyi oyunu canlı yayımla izləyə bilmədi. Bunun da nəticəsində Azərbaycanın yüzminlərlə futbol həvəskarı «Qarabağ»ın Avropadakı növbəti zəfərini, Elvin Məmmədovun vurduğu mükəmməl qolu görmək imkanından məhrum oldu. Yalnız Azərbaycanın idman portallarının axtarışları sayəsində «Honka» - «Qarabağ» oyununun müəyyən epizodlarına internetdə baxmaq mümkün oldu.
Bəs, belə bir önəmli oyunu Azərbaycan telekanalları niyə yayımlamadı?
Qol.Az-ın əldə etdiyi məlumata görə, ölkə telekanallarından yalnız Azərbaycan dövlət televiziyası oyunu yayımlamaqda maraqlı olub. Lakin «Honka» klubu matçın Azərbaycana translasiyası üçün 20 min avro (texniki xərclər də daxil olmaqla 25 min avro) pul istədiyib. Bundan sonra qiymətin aşağı salınması istiqamətində Finlandiya tərəfinə olunan müraciətlər bütün hallarda cavabsız qalib. Belə görünür ki, "Honka" özü də bizə məlum olmayan səbəblərdən oyunun canlı yaynlanmasında maraqlı olmayıb. Təsadufi deyil ki, "Honka"-"Qarabağ" oyunu hətta Finlandiyanın ozundə də heç bir yerli telekanal tərəfindən canlı yayınlanmayıb. Müqayisə üçün deyək ki, finlandlar DÇ-2010-nun seçmə mərhələsinin Finlandiya - Azərbaycan oyununa 8 min avro tələb edildiyi halda «Honka» Avroliqanın oyunu üçün AzTV-dən üç dəfə artıq pul istəyib. Digər telekanallar isə ümumiyyətlə, bu məsələylə bağlı «Honka»ya müraciət etməyib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı