Cahangir Həsənzadə və Fərrux İsmayılov "Qəbələ"dən çıxarıldı

Cahangir Həsənzadə və Fərrux İsmayılov "Qəbələ"dən çıxarıldı
PREMYER LİQA 13 Dekabr 2008 / 15:26 5911
-  A +

Az öncə «Qəbələ» klubundan çıxarılan futbolçuların adları açıqlanıb. Klubun rəsmi saytının məlumatına görə, qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Miliya Jijiç, Elnur Abbasov, yarımmüdafiəçilər Şəhruz Mustafayev, Samir Məmmədov, Asen Nikolov, hücumçular Fərrux İsmayılov və Fərzad Hatəmi transferə çıxarılıblar. Qol.Az-ın məlumatına görə, baş məşqçi Ramiz Məmmədovun "gabalafc.az"a açıqlamasında ilk öncə gedən futbolçulara öz təşəkkürünü bildirib: "Onlar bacardıqları qədər kömək etməyə çalışdılar. Buna görə hər birinə minnətdaram. Lakin müxtəlif səbəblər ucbatından onlarla yollarımızı ayırmağa məcbur olduq. Bəziləri kollektivə uyğunlaşa bilmədilər, bəziləri zədə problemi ilə üzləşdilər. Bir sözlə, qarşılarına qoyulan vəzifəni yerinə yetirə bilmədilər. Onlar heç biri zəif futbolçu deyillər. Sadəcə birgə fəaliyyətimiz səmərəsiz alındı".

Qeyd edək ki, Samir Məmmədov 2006-cı ilin yayında, Şəhruz Mustafayev həmin ilin qışında komandaya gəliblər. Digərləri isə "Qəbələ"yə cari mövsümün əvvəlində transfer olunublar.

Sonda klub rəhbərliyi adından hər bir futbolçuya "Qəbələ"nin şərəfini qoruduğu müddətdə göstərdiyi oyuna görə təşəkkür edib və bundan sonrakı karyeralarında uğurlar arzulayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı