Messinin əsl təzminat qiyməti - 400 milyon avro

Messinin əsl təzminat qiyməti - 400 milyon avro
DÜNYA FUTBOLU 4 Yanvar 2014 / 20:51 3938
-  A +

"Barselona" klubunun futbolçusu Lionel Messinin əsl təzminat qiyməti açıqlanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Cənubi Amerikanın "Euromerias Spor Marketing" şirkətinin nümayəndəsi Xerardo Molina argetinalı ulduzun təzminat qiymətinin 400 milyon avro olduğunu deyib.

Son beş il ərzində futbolçuların qiymətlrəinə dair araşdırma apardığını vurğulayan X.Molina 26 yaşlı hücumçunun dünyanın ən bahalı futbolçusu olduğunu qeyd edib.

O bildirib ki, Messini transfer edə biləcək bir komanda var. Bu isə Fransanın PSJ klubudur.


Son xəbərlər