Ukraynalı ulduz superliqadan ayrıldı

Ukraynalı ulduz superliqadan ayrıldı
DÜNYA FUTBOLU 1 Yanvar 2014 / 14:09 4176
-  A +

“Qaziantepspor” ukraynalı futbolçusu Artem Milevski ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.

28 yaşlı hücumçu Kiyev “Dinamo”sundan qalmaqallı şəkildə ayrıldıqdan sonra, 2013-cü ilin sentyabrında türklərlə müqavilə bağlamışdı. Onun cəmi üç ay sonra “Qaziantepspor”dan göndərilməsinin səbəbləri haqda məlumat verilmir.

Qeyd edək ki, Milevski Türkiyə superliqasında keçirdiyi altı oyunda bir qol vurub və bir qolun ötürməsini edib.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord