2013-cü ilin ən yadda qalan 25 oyunu

2013-cü ilin ən yadda qalan 25 oyunu
DÜNYA FUTBOLU 29 Dekabr 2013 / 18:54 5007
-  A +

ABŞ-ın məşhur idman portallarından olan "Bleacherreport" saytı geridə qalmaqda olan 2013-cü ildə yadda qalan ən maraqlı görüşlərin siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, 25 oyunun yer aldığı siyahıda ən çox İngiltərə çempionatının görüşləri qərarlaşıb.

Belə ki, İngiltərə çempionatının 9 görüşü 2013-cü ilin ən maraqlı oyunları sırasına düşməyi bacarıb. Ümumilikdə isə cari ilin ən yaxşı oyunu kimi ötən ay "DÇ-2014"ün pley-off mərhələsi çərçivəsində baş tutan İsveç - Portuqaliya matçı fərqləndirilib. Kriştiano Ronaldonun het-trik etdiyi görüş 2013-cü ilin ən yaxşı oyunu olub.

Ötən mövsüm Çempionlar Liqasının finalı çərçivəsində keçirilən "Borussiya" (Dortmund) - "Bavariya" matçı ikinci, yarımfinal mərhələsinin "Bavariya" - "Barselona" görüşü isə siyahıda üçüncü olub.

 

 

1. İsveç - Portuqaliya - 2:3 (19 noyabr)
2. "Borussiya" (Dortmund) - "Bavariya" - 2:1 (25 may)
3. "Bavariya" - "Barselona" - 4:0 (23 aprel)
4. Fransa - Ukrayna - 3:0 (19 noyabr)
5. "Borussiya" (Dortmund) - "Real" (Madrid) - 4:1 (24 aprel)

6. "Mançester Siti" - "Uiqan" - 0:1 (11 may)
7. Braziliya - İspaniya - 3:0 (1 iyul)
8. "Mançester Yunayted" - "Real" (Madrid) - 1:2 (5 mart)
9. "Mançester Siti" - "Arsenal" - 6:3 (14 dekabr)
10. "Mançester Siti" - "Mançester Yunayted" - 4:1 (22 sentyabr)

11. "Borussiya" (Dortmund) - "Malaqa" - 3:2 (9 aprel)
12. Kolumbiya - Çili - 3:3 (11 oktyabr)
13. "Vest Bromviç" - "Mançester Yunayted" - 5:5 (19 may)
14. "Fiorentina" - "Yuventus" - 4:2 (20 oktyabr)
15. "Tottenhem" - "Liverpul" - 0:5 (15 dekabr)

16.
İtaliya - Braziliya - 2:4 (22 iyun)
17. Qana - Misir - 6:1 (15 oktyabr)
18. "Everton" - "Liverpul" - 3:3 (23 noyabr)
19. "Real" (Madrid) - "Atletiko" (Madrid) - 0:1 (28 sentyabr)
20. Panama - ABŞ - 2:3 (16 oktyabr)

21.
"Porto" - "Benfika" - 2:1 (11 may)
22. "Oldhem" - "Liverpul" - 3:2 (27 yanvar)
23. "Uatford" - "Leyçester Siti" - 3:1 (12 may)
24. Taiti - Nigeriya - 1:6 (17 iyun)
25. "Bradford" - "Aston Villa" - 3:1 (8 yanvar)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı