"Qalatasaray"da Droqbanı İbrahimoviç əvəz edəcək?

"Qalatasaray"da Droqbanı İbrahimoviç əvəz edəcək?
DÜNYA FUTBOLU 21 Dekabr 2013 / 18:52 5687
-  A +

"Qalatasaray" rəhbərliyi mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq Didye Droqbanın daha bir il klubda qalmasını istəyir. 

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun prezidenti Ünal Aysal "Trabzonspor"la oyundan sonra Droqba ilə görüşəcəyini bildirib.

"Cim Bom"da ilinə 5 milyon avro qazanan Droqba "Qalatasaray"da qalmaq istəyəcəyi təqdirdə qış fasiləsinə qədər 35 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanacaq. Lakin Droqba yeni təklifi rədd edərsə, "Qalatasaray" klubu mövsümün sonunda digər ulduz futbolçunu transfer edəcək. Həmin futbolçunun da PSJ-nin və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç olduğu bildirilir.

Qeyd edək ki, İbrahimoviç son verdiyi açıqlamasında iki il daha Avropada oynayacağını deyib. İki ildən sonra isə isveçli forvardın karyerasını Amerika liqasında davam etdirəcəyi iddia olunur.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı