Çempionlar Liqası: "Qalatasaray"ın rəqibi müəyyənləşdi (YENİLƏNİB)

Çempionlar Liqası: "Qalatasaray"ın rəqibi müəyyənləşdi (YENİLƏNİB)
DÜNYA FUTBOLU 16 Dekabr 2013 / 15:18 12108
-  A +

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Bu mərhələdə oynamaq hüququ qazanan bütün komandaların rəqibləri müəyyənləşib. 1/8 final iştirakçıları arasında ən çox İngiltərə və Almaniya təmsilçiləri var. Belə ki, hər iki ölkənin 4 klubu mübarizəni davam etdirir. İtaliya, Fransa, Rusiya, Türkiyə və Yunanıstan isə hərəyə bir klubla təmsil olunur.

Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşıb. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə görüşməyib.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 18-19 və 25-26 fevralda keçiriləcək. Cavab görüşləri isə 11-12 və 18-19 mart tarixlərində baş tutacaq.






"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)


"Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)


"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi