Avroliqada 1/16 və 1/8 finalın püşkü atıldı (YENİLƏNİB)

Avroliqada 1/16 və 1/8 finalın püşkü atıldı (YENİLƏNİB)
DÜNYA FUTBOLU 16 Dekabr 2013 / 16:36 8752
-  A +

Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşk zamanı iştirakçı 32 komanda iki səbətə bölünəcək. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşıblar.

Çempionlar Liqasından gələn 4 klub səpələnmişlər, 4-ü isə səpələnməmişlər səbətində yer alıb. Lakin püşk zamanı eyni ölkədən olan və eyni qrupda mübarizə aparmış komandaların üzləşməsinə şərait yaradılmayıb.

Qeyd edək ki, Avroliqanın 1/16 final mərhələsinin oyunları 20-27 fevral, 1/8 final görüşləri isə 3-10 aprel tarixlərində keçiriləcək. 

 




1/16 final mərhələsinin cütlükləri:

“Dnepr” (Ukrayna) - “Tottenhem” (İngiltərə)

“Betis” (İspaniya) - “Rubin” (Rusiya)

“Suonsi” (İngiltərə) - "Napoli" (İtaliya)

"Yuventus" (İtaliya) - “Trabzonspor” (Türkiyə)

“Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya)

“Viktoriya” (Çexiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

“Çernomorets” (Ukrayna) - “Lion” (Fransa)


“Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)

"Esbyerq” (Danimarka) - “Fiorentina” (İtaliya)

"Ayaks" (Hollandiya) - “Zalsburq” (Avstriya)


"Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə)

"Porto" (Portuqaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya)

“Anji” (Rusiya) - “Genk” (Belçika)

“Dinamo” (Kiyev, Ukrayna) - “Valensiya” (İspaniya)

PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)

"AZ Alkmaar” (Hollandiya) - "Slovan” (Çexiya)




1/8 final mərhələsinin cütlükləri:

"AZ Alkmaar” (Hollandiya) / "Slovan” (Çexiya) -  “Anji” (Rusiya) / “Genk” (Belçika)

“Latsio” (İtaliya) / “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Kiyev, Ukrayna) / “Valensiya” (İspaniya)

"Porto" (Portuqaliya) / “Ayntraxt” (Frankfurt, Almaniya) - “Suonsi” (İngiltərə) / "Napoli" (İtaliya)

“Çernomorets” (Ukrayna) / “Lion” (Fransa) - Viktoriya” (Çexiya) / "Şaxtyor" (Donetsk, Ukrayna)

“Maribor” (Sloveniya) / “Sevilya” (İspaniya) - “Betis” (İspaniya) / “Rubin” (Rusiya)

“Dnepr” (Ukrayna) / “Tottenhem” (İngiltərə) - PAOK (Yunanıstan) / "Benfika" (Portuqaliya)

"Makkabi” (Təl-Əviv, İsrail) / "Bazel" (İsveçrə) - "Ayaks" (Hollandiya) / “Zalsburq” (Avstriya)

"Yuventus" (İtaliya) / “Trabzonspor” (Türkiyə) - "Esbyerq” (Danimarka) / “Fiorentina” (İtaliya)


Son xəbərlər