Avroliqada 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi

Avroliqada 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi
DÜNYA FUTBOLU 13 Dekabr 2013 / 04:26 4426
-  A +

Ötən gün keçirilən 24 oyunla Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, bu oyunlardan sonra 1/16 finalın bütün iştirakçıları müəyyənləşib.

Türkiyənin Avroliqada yeganə təmsilçisi "Trabzonspor" son turda səfərdə "Latsio" ilə 0:0 bərabərə qalmaqla qrupu lider tamamlayıb. Bu isə Trabzon təmsilçisinə 1/16 finalda nisbətən zəif rəqiblə qarşılaşmağa şərait yaradacaq.

Avropa Liqasının 1/16 final mərhələsinin püşkü isə dekabrın 16-da, Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Burada 32 klub iştirak edəcək ki, onlardan da 8-i Çempionlar Liqasının qrup mərhələsini üçüncü pillədə başa vuran komandalar olacaq. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Lakin püşk zamanı eyni ölkədən olan komandaların üzləşməsinə şərait yaradılmayacaq.

Qeyd edək ki, Avroliqanın qrup qalibləri ilk oyunlarını səfərdə keçirəcəklər.

 



Qrup birinciləri:

“Valensiya” (İspaniya)
“Ludoqorets” (Bolqarısran)
“Zalsburq” (Avstriya)
“Rubin” (Rusiya)
“Fiorentina” (İtaliya)
“Ayntraxt” (Frankfurt, Almaniya)
“Genk” (Belçika)
“Sevilya” (İspaniya)
“Lion” (Fransa)
“Trabzonspor” (Türkiyə)
“Tottenhem” (İngiltərə)
PAOK (Yunanıstan)


Qrup ikinciləri:

“Suonsi” (İngiltərə)
“Çernomorets” (Ukrayna)
"Esbyerq” (Danimarka)
“Maribor” (Sloveniya)
“Dnepr” (Ukrayna)
"Makkabi” (Təl-Əviv, İsrail)
“Dinamo” (Kiyev, Ukrayna)
"Slovan” (Çexiya)
“Betis” (İspaniya)
“Latsio” (İtaliya)
“Anji” (Rusiya)
"AZ Alkmaar” (Hollandiya)


Çempionlar Liqasından gələnlər:

"Şaxtyor" (Donetsk, Ukrayna)
"Yuventus" (İtaliya)
"Benfika" (Portuqaliya)
CSKA (Moskva, Rusiya)
"Bazel" (İsveçrə)
"Napoli" (İtaliya)
"Porto" (Portuqaliya)
"Ayaks" (Hollandiya)


Son xəbərlər