UEFA “Qalatasaray” - "Yuventus" matçı ilə bağlı qərarı açıqladı

UEFA “Qalatasaray” - "Yuventus" matçı ilə bağlı qərarı açıqladı
DÜNYA FUTBOLU 11 Dekabr 2013 / 15:06 6668
-  A +

Çempionlar Liqasının qrup mərhələsində bu gün keçirilməsi gözlənilən "Qalatasaray" - "Yuventus" matçı yenidən təxirə salına bilərdi.

Qol.Az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, bu gün İstanbul şəhərinə yenidən qar yağacağı gözlənilirdi.

"Qarşılaşmanın saat 15:00-a (Bakı vaxtı ilə saat 17.00) təyin edilməsinin səbəbi indiki halda həmin saatda havanın ən yüksək dərəcədə olması ilə əlaqədardır. Ancaq bu gün hava yenidən kəskinləşə bilər" – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, oyunun keçirildiyi "Türk Telekom Arena"nın yerləşdiyi ərazidə yağıntı daha çox olur: “Üstəlik stadionun istilik sistemi də yaxşı işləmir. Əgər onlar işləsəydi, matç rahat oynana biləcəkdi”.

Lakin UEFA nümayəndələri matçın bu gün keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarı açıqlayıblar. Matçın baş tutacağı "Türk Telekom Arena"nın ot örtüyünü nəzərdən keçirən UEFA nümayəndələri və hakimlər oyunun qaldığı yerdən davam etdirilə biləcəyini deyiblər. Son qərara görə oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. 

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı dünən əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı. Oyun 32-ci dəqiqədə dayandırılmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı