"Qalatasaray" 1/8 finalda

"Qalatasaray" 1/8 finalda
DÜNYA FUTBOLU 11 Dekabr 2013 / 18:20 10818
-  A +

UEFA Çempionlar Liqasının qrup mərhələsinin D qrupunda təxirə düşən "Qalatasaray" - "Yuventus" görüşü bu gün keçirilib.

Qol.Az-ın məlumatına görə, güclü qar yağması səbəbindən təxirə salınan matç UEFA-nın qərarı ilə  Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

"Cim-bom" qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə yüksələcəkdi. Ən pis halda isə Mançinin komandası Avroliqada mübarizəni davam etdirəcəkdi. Lakin bu görüşdə 1:0 hesabı ilə qalib gələn "Qalatasaray" 1/8 finala adlayıb.






11 dekabr

Çempionlar Liqasının qrup mərhələsi, V tur
 

17:00."Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) - 1:0
Qol:
Sneyder, 85 (1:0)

 B qrupu
      O Q Н M T-F Xal
1 Real 6 5 1 0 20 / 5 16
2   Qalatasaray 6 2 1 3 8 / 14 7
3   Yuventus 6 1 3 2 9 / 9 6
4 Kopenhagen 6 1 1 4 4 / 13 4


Son xəbərlər