"Barselona" "Real"ı qabaqladı

"Barselona" "Real"ı qabaqladı
DÜNYA FUTBOLU 7 Dekabr 2013 / 18:43 5358
-  A +

İspaniya La Liqasında forma sponsorluğundan ən çox qazanan 10 klubun adı açıqlanıb.

Qol.Az-ım "Eurosport.com"a istinadən verdiyi məlumata görə, siyahıya “Barselona” klubu başçılıq edir.

Kataloniya klubu üzərində "Qatar Airways" yazılı formaya görə ildə 30 milyon avro qazanır. Madrid “Real”ı siyahıda ikinci olub. "Kral klubu"nun geyindiyi "Fly Emirates" forması komandaya ildə 25 milyon avro gəlir gətirir.

İlk "üç"lüyü tamamlayan klub isə daha əvvəl “Land of Fire Azerbaijan”, hazırda isə La Liqada “Baku-2015” forması ilə çıxış edən Madrid “Atletiko”sudur. Dieqo Simeonenin komandası geyindiyi "Land of Fire Azerbaijan" formasına görə ilinə 12 milyon avro qazanır. 

 


Ümumilikdə La Liqada sponsorluqdan ən çox gəlir əldə edən 10 klub bunlardır:

 

1. “Barselona” – 30 milyon avro ("Qatar Airways")

2. “Real” (Madrid) – 25 milyon avro ("Fly Emirates")

3. ”Atletiko”  (Madrid)  - 12 milyon avro ("Land of Fire Azerbaijan")

4. “Valensiya” – 3 milyon avro ("Jinko")

5. “Villareal” – 2.5 milyon avro ("Pamesa")

6. “Atletik” (Bilbao) – 2 milyon avro ("Petronor")

7. “Selta Viqo” – 1.5 milyon avro ("Citroën")

8. “Levante” – 1.5 milyon avro ("Valencian Community")

9. “Espanyol” – 1 milyon avro ("Cancun")

10. “Osasuna” – 600 min avro ("Lacturale")


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı