XXI əsrin ən yaxşı rəmzi komandası və baş məşqçisi

XXI əsrin ən yaxşı rəmzi komandası və baş məşqçisi
DÜNYA FUTBOLU 2 Dekabr 2013 / 11:35 3908
-  A +

Dünyaca məşhur GMF internet saytı futbol üzrə XXI əsrin rəzmi komandasını müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, siyahıda ilk "11"liklə yanaşı, ehtiyat oyunçular və baş məşqçinin də adı qeyd olunub.

Dünyanın ən yaxşıları sırasında daha çox İspaniya və Braziliyanın futbolçuları təmsil olunub. Hər iki ölkədən 3 futbolçu siyahıda yer alıb. İtaliyadan iki, Fransa və Portuqaliyadan isə hərəyə bir futbolçu ən yaxşılar sırasına düşməyi bacarıb.

Qeyd edək ki, XXI əsrin ən yaxşı baş məşqçisi kimi 1986-2013-cü illərdə "Mançester Yunayted" klubunu çalışdırmış Ser Aleks Fergüsson vurğulanıb. 






Dünyanın rəmzi komandası 4-2-3-1 taktikasına uyğun hazırlanıb:


Qapıçı: İker Kasilyas (İspaniya)

Müdafiəçilər: Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Karles Puyol (İspaniya), Paulo Maldini (İtaliya)

Yarımmüdafiəçilər: Xavi Hernandez (İspaniya), Zinəddin Zidan (Fransa), Ronaldinyo (Braziliya), Lionel Messi (Argentina), Kriştiano Ronaldo (Portuqaliya)

Hücumçu: Ronaldo (Braziliya)


Ehtiyat oyunçular: Canluici Buffon (İtaliya), Xavyer Zannetti (Argentina), Con Terri (İngiltərə), Andrea Pirlo (İtaliya), Pol Skoulz (İngiltərə) Tyeri Anri (Fransa), Alan Şirer (İngiltərə)

Baş məşqçi: Ser Aleks Fergüsson (Şotlandiya)


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın