İspaniya La Liqası: "Atletiko" və "Real"dan növbəti qələbə

İspaniya La Liqası: "Atletiko" və "Real"dan növbəti qələbə
DÜNYA FUTBOLU 1 Dekabr 2013 / 03:28 4958
-  A +

İspaniya La Liqasında 15-ci turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Səfərdə "Elçe"nin qonağı olan "Atletiko" (Madrid) klubu rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi bu görüşə üzərində "Baku-2015" yazılmış forma ilə çıxıb.

Madridin digər təmsilçisi "Real" klubu da turu qələbə ilə başa vurub. Doğma azarkeşləri önündə "Valyadolid"lə qarşılaşan "kral klubu" rəqibinə heç bir şans verməyib - 4:0.

Qeyd edək ki, La Liqada 15-ci tura sabah axşam keçiriləcək "Atletik" (Bilbao) - "Barselona" oyunu ilə yekun vurulacaq.

 

 

 

30 noyabr

İspaniya La Liqası, 15-ci tur

"Elçe" - "Atletiko" (Madrid) - 0:2
Qollar:
Koke, 63 (0:1), D.Kosta, 74 (0:2)

"Selta Viqo" - "Almeriya" - 3:1
Qollar:
Suso, 9 (0:1), Orellana, 26 (1:1), Oubina, 49 (2:1), Çarles, 59 (3:1)

"Real" (Madrid) - "Valyadolid" - 4:0
Qollar:
Beyl, 33 (1:0), Benzema, 36 (2:0), Beyl, 64 (3:0), 89 (4:0)

"Espanyol" - "Real" (Sosyedad) - 1:2
Qollar:
Kordoba, 31 (1:0), Qriezman, 69 (1:1), Stuani, 88 (1:2)

 

1 dekabr

"Betis" - "Rayo Valyekano"

"Qranada" - "Sevliya"

"Valensiya" - "Osasuna"

 

2 dekabr

"Atletik" (Bilbao) - "Barselona"



29 noyabr

"Qetafe"  - "Levante" - 1:0
Qol:
Leon, 78 (1:0)

"Vilyareal" - "Malaqa" - 1:1
Qollar:
Soriano, 31 (1:0), Veliqton, 90 (1:1)






S Komandalar O Q H M Xal
1. Barselona 14 13 1 0 40
2. Atletiko (Madrid) 15 13 1 1 40
3. Real (Madrid) 15 12 1 2 37
4. Vilyareal 15 8 4 3 28
5. Atletik (Bilbao) 14 8 2 4 26
6. Real Sosyedad 15 6 5 4 23
7. Qetafe 15 7 2 6 23
8. Sevilya 14 5 4 5 19
9. Espanyol 15 5 3 7 18
10. Valensiya 14 5 2 7 17
11. Elçe 15 4 5 6 17
12. Qranada 14 5 2 7 17
13. Levante 15 4 5 6 17
14. Selta Viqo 15 4 3 8 15
15. Malaqa 15 3 5 7 14
16. Osasuna 14 4 1 9 13
17. Valyadolid 15 2 6 7 12
18. Almeriya 15 3 3 9 12
19. Rayo Valyekano 14 4 0 10 12
20. Betis 14 2 3 9 9


Son xəbərlər