İlin ən çox qazanan futbolçuları bəlli oldu

İlin ən çox qazanan futbolçuları bəlli oldu
DÜNYA FUTBOLU 23 Noyabr 2013 / 12:26 4292
-  A +

2013-cü ilin ən çox qazanan futbolçularının adı məlum olub.

Qol.Az-ın məlumatına görə, siyahıya ötən mövsümün sonu futbolçu karyerasını başa vuran Devid Bekhem başçılıq edir.

Bekhemin illik qazancı 47 milyon avro olaraq göstərilir. "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo 43 milyon avro ilə ikinci, "Barselona"nın ulduzu Lionel Messi isə 41 milyon avro ilə üçüncüdür.




2013-ci ilin ən çox qazanan oyunçuları bunlardır:


1. Devid Bekhem - İyun ayında futbolçu karyerasını başa vuran Bekhemin illik qazancı 47 milyon avrodur. Bu rəqəmin sadəcə 5 milyonu futbolçunun sabiq komandası PSJ-dən aldığı maaşdır. 42 milyon avro isə sponsorluqdan qazanılır.

2. Kriştiano Ronaldo ("Real", Madrid)- İllik qazancı 43 milyon avrodur. Madrid klubundan illik 23 milyon avro maaş alan portuqaliyalı hücumçu sponsorluqdan da 21 milyon avro qazanır.

3. Lionel Messi ("Barselona") - Ulduz futbolçu klubdan aldığı maaş və sponsor gəlirləri ilə birgə illik 41 milyon avro qazanır.

4. Ueyn Runi ("Mançester Yuanyted") - İllik 21 milyon avro qazanır. Klubdan aldığı maaş 18 milyon avrodur. Sponsorluqdan isə 3 milyon avro gəlir əldə edir.

5. Serxio Aquero ("Mançester Siti") - Argentinalı hücumçunun illik gəliri 21 milyon avro göstərilir. Bu məbləğdən 17 milyon avro klubdan aldığı, 4 milyon avro isə sponsorluq gəliridir.

6. Didye Droba ("Qalatasaray") - Futbolçunun klubdan aldığı maaş və sponsor gəlirləri ilə birgə illik qazancı 21 milyon avrodur.

7. Yaya Ture ("Mançester Siti" - İllik gəliri 21 milyon avrodur. Klubunda 18 milyon avro gəlir əldə edən futbolçu 3 milyon avro da sponsorluqdan qazanır.

8. Neymar ("Barselona") - Gənc oyunçunun illik 21 milyon avro qazandığı bildirilir. Kataloniya klubundan aldığı maaş 11 milyon avro olmasına baxmayaraq, sponsorluqlardan 10 milyon avro əldə edir.

9. Fernando Torres ("Çelsi") - İllik gəliri 20 milyon avrodur. Klubdan aldığı məbləğ 17 milyon avro, sponsorlardan isə 3 milyon avro gəlir əldə edir.

10. Zlatan İbrahimoviç (PSJ)- İllik qazancı 20 milyon avrodur. Bu məbləğin 17 milyonu klubdan aldığı maaş, 3 milyonu isə sponsor gəlirləridir.


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı