Tural Cəlilov: "İsrailə qələbə ardınca gedirik" (Müsahibə)

MÜSAHİBƏ 7 İyul 2009 / 16:08 3638
-  A +

- Əvvəlcə başlayaq "Bney İequda" ilə Bakıda keçirilən oyundan. Səncə, komanda niyə məğlub oldu?
-Ümumiyyətlə, bu oyun haqqında heç nə demək istəmirəm. Hər şey göz qabağında baş verdi.
- Mətbuatda sənin oyunun haqqında çoxlu tənqidi fikirlər yer aldı. Millimizin baş məşqçisinin köməkçisi Vaqıf Sadıqov səni imkanlarından aşağı səviyyə çıxış etdiyinə görə qınadı.
- Düzdür. Oyunum nədənsə alınmadı. Cavab oyununda özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam.
- Təl-Əvivdə keçiriləcək oyun haqqında nə deyə bilərsən?
- Komandada hər kəs qələbəyə köklənib.Yüksək əhval-ruhiyyə var. İsrailə yalnız qələbə qazanmağa gedirik.
- Millinin toplanışına da çağırılmısan. Qarşıdakı Almaniya ilə matçdan nə gözləyirsən?
- Hər şey təlim-məşq toplanışımızdan asılı olacaq. Meydana çıxıb, sonadək mübarizə aparacağıq.
- Berti Foqtsla yola gedə bilirsən?
-Hə. Münasibətlərimiz yaxşıdır. Bir-birimizi anlayırıq.

 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi