- Keçən dəfə sizinlə danışanda demişdiniz ki, “İnter” haqda geniş məlumata malik deyilsiniz. Bu boşluğu aradan qaldıra bildiniz?
- Hə, artıq rəqib haqda kifayət qədər bilgim var. Əlaqələrimiz vasitəsiylə rəqib haqda lazımı informasiyaları toplaya bildik. Bu işdə komandamızın qapıçısı İvitsa Kralj da mənə yardımçı oldu.
- Onun “İnter”lə nə əlaqəsi var?
- Kraljı biz “Partizan”dan transfer etmişik. O ötən il bu komandanın heyətində “İnter”ə qarşı Çempionlar Liqasında oynayıb. Ona görə də komandanızı yaxından tanıyır. Artıq lazımı məlumatları mənə verib.
- “İnter”in oyununa necə, baxa bildiniz?
- Hə, Azərbaycandakı dostlarımızın sayəsində “İnter”in oyununun kasetini əldə etdik. Onların iştirakı ilə bir neçə matça tamaşa etdim.
- “İnter” haqda artıq dolğun məlumata maliksiniz. Bütün bunlardan sonra rəqib haqda nə deyə bilərsiniz?
- Keçən dəfə dediyim fikirin üstündə dururam. “İnter” çox güclü komandadır. Heyətlərində yüksək səviyyəli oyunçular var. Bir sözlə, bizi sabah gərgin və maraqlı oyun gözləyir.
- “İnter”in yeni transferlərindən xəbəriniz var?
- Bilirəm ki, Çertoqanov soyadlı futbolçunu transfer ediblər. Səhv etmirəmsə, milli komandanızda da oynayır. Eyni zamanda Semyonovun da əvəzinə yeni qapıçı alıblar. Bununla belə, düşünürəm ki, “İnter” onsuz da güclü futbolçulara malikdir. Müdafiədə Levin və Zaqorats, cinahda İsmayılov kimi güclü oyunçular var. Eyni zamanda komandanın yarımmüdafiə xətti də çox yaxşı təsir bağışlayır.
- Komandanız artıq oyuna hazırdır?
- Demək olar ki, tam hazırıq. Düzdür, bu gün bir məşqimiz olacaq. Son dəfə futbolçuların durumuna baxacağıq. Bizi narahat edən yeganə məqam odur ki, Trnavada son günlər güclü yağış yağır. Bu isə bizə müəyyən problemlər yarada bilər.
- Komandanızın əsas qapıçısı İvitsa Kralj son yoxlama oyununda zədələnmişdi. Onun durumu nə yerdədir? Sabahkı matçda forma geyə biləcək?
- Kralj dünən komanda ilə birgə məşqə çıxdı. Bu gün yenə hazırlıq prosesində iştirak edəcək. Məşqdə onun durumuna xüsusi diqqət ayıracağam. Sabah “İnter”ə qarşı oynayıb-oynamayacağı yalnız bugünkü məşqdən sonra müəyyənləşəcək.
- Komandanız son iki yoxlama oyununda müvafiq olaraq “Rubin” və “Brno”ya uduzdu. Bu məğlubiyyətləri nə ilə izah edə bilərsiniz?
- Bildiyiniz kimi, biz həm sabahkı “İnter”lə matça, həm də yeni mövsümə hazırlaşırıq. Buna görə də xeyli sayda yeni oyunçuları sınaqdan keçirdik. Məğlubiyyətmizi də məhz bu amillə əlaqələndirərdim. Fikrimcə, əgər biz həm “Rubin”ə, həm də “Brno”ya qarşı əsas heyətlə oynasaydıq, yəqin ki, nəticə fərqli olardı.
- Sabah meydana buraxacağınız start heyətini artıq müəyyənləşdirmisiniz?
- Hələ yox. Çünki bu gün komandamız son məşqini keçəcək. Bu gün gecə bir daha heyətlə bağlı ciddi düşünəcəyəm və son qərarımı sabah səhər verəcəyəm.
- Sonda istərdik, oyun haqda proqnozunuzu verəsiniz.
- Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, şanslar bərabərdir, necə deyərlər - əllinin əlliyə. Hər iki komanda meydana yalnız qələbə üçün çıxacaq. Başqa heç bir nəticə haqda düşünmürük. İlk matçı evdə keçirdiyimizdən, hesab edirəm ki, qələbə bizim üçün daha vacibdir.
İbrahim CƏFƏROV
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə