“Turan”ın Premyer Liqada oynayacağı dəqiqləşdi

“Turan”ın Premyer Liqada oynayacağı dəqiqləşdi
PREMYER LİQA 24 İyun 2009 / 19:32 3738
-  A +

Tovuzun “Turan” klubu dağılmayacaq və Premyer Liqadakı çıxışını davam etdirəcək. Bu məlumatı Qol.Az-a komandanın baş məşqçisi Rasim Əliyev verib. Onun sözlərinə görə, məsələ artıq dəqiqləşib: ““Turan” nə dağılacaq, nə də, birinci divizionda oynayacaq. Şəxsən mən buna inanmıram. Böyük ehtimalla, çıxışımızı elə Premyer Liqada davam etdirəcəyik. Dünən Tovuzun icra başçısının qəbulunda oldum və o, bildirdi ki, komandaya bacardığı köməyi edəcək. Odur ki, biz də məşqlərə başlamağa qərar verdik. Heyətimiz yerli gənclərdən təşkil olunacaq. İyulun 1-dən artıq növbəti mövsümün hazırlığına başlayırıq. Köhnə futbolçuların əksəriyyəti düşərgəni tərk etsə də, 3-4 nəfər hələ də bizimlədir. Sponsor tapılsa və maddi vəziyyətimiz düzəlsə, heyətimizi bir qədər də gücləndirəcəyik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı