Xodukin: “Bizdə Mahmud Qurbanovdan da güclü futbolçular var”

Xodukin: “Bizdə Mahmud Qurbanovdan da güclü futbolçular var”
PREMYER LİQA 16 Noyabr 2008 / 13:22 5854
-  A +

Mahmud Qurbanovun “İnter” klubundan getmək istəməsinə baş məşqçi Valentin Xodukin münasibət bildirib. Ukraynalı çalışdırıcı “APA-Sport” açıqlamasında bildirib ki, 15 aydır xidmətindən yararlandığı futbolçunun Albaniya ilə yoldaşlıq görüşünə çağırılmamasının başqa səbəbləri var: “Onun milli komandaya dəvət edilməməsini “İnter”də oyun praktikası sarıdan korluq çəkməsi ilə bağlamazdım. Demirəm ki, futbol oynaya bilmir. Futbolçu üçün təcrübə vacib amildir ki, bu da Qurbanovda var. Amma bu gün ehtiyatda qalırsa, deməli, hazırkı forması istənilən səviyyədə deyil. Bizdə Mahmuddan da güclü futbolçular var və son turda “Xəzər-Lənkəran”ı səfərdə onsuz məğlub etdik. Qurbanovun mətbuatda komandada rəqabətdə heç kimə uduzmadığını deməsini eşitmişəm. Mən də çox şey deyə bilərəm. Amma reallıq başqa cürdür”. Qeyd edək ki, Mahmud çempionluq qazandığı “İnter”də cari mövsümdə 4 oyun (168 dəqiqə) keçirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı